Qazaxıstan ümumi ehtiyatların 12 faizi və qlobal uran istehsalının 40 faizindən çoxu ilə dünyanın ən böyük uran hasilatçısıdır.
Qazaxıstan Nigerdəki hərbi çevrilişdən sonra yaranan tədarük boşluğunu doldurmaq üçün lazım gələrsə, Avropaya daha çox uran göndərməyə hazır olduğunu bəyan edib. Ölkənin ən böyük dövlət nüvə şirkəti olan "Kazatomprom”un baş direktoru Yerzhan Mukanov bildirib ki, Nigerdə dövlət çevrilişi nəticəsində tədarük riskləri ilə bağlı narahatlıqlar fonunda Qazaxıstan uran tədarükünü artıra bilər.
7NEWS.az








