Qazaxıstan ordusunda 12 mindən çox qadın xidmət edir
Qazaxıstan ordusunda 25 polkovnik və 800 zabit də daxil olmaqla 12 mindən çox qadın əsgər xidmət edir.
7NEWS.az xəbər verir ki, Qazaxıstanın müdafiə naziri Ruslan Jaksılıkov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə paytaxt Astanada ölkənin silahlı qüvvələrində müxtəlif vəzifələrdə xidmət edən qadın əsgərlərlə görüşüb. Jaksılıkov qadınlar gününü birlikdə qeyd etdiyi əsgərlərə orduda çətin, lakin şərəfli vəzifəni yerinə yetirdiklərinə görə təşəkkür edib.
7NEWS.az