RU
Qazaxıstan Prezidenti Azərbaycana səfərə gəlib - YENİLƏNİB
10:40
41

Qazaxıstan Prezidenti Azərbaycana səfərə gəlib - YENİLƏNİB

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

7News.Az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

09.57
Bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfərə gəlir.

7News.Az xəbər verir ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ