RU
Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
20:04
118

Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Respublikasına rəsmi səfəri avqustun 24-də başa çatıb.

7NEWS.Az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ