Qazaxıstanın Almatı şəhərində prezidentin iqamətgahı söküləcək, əvəzində həmin ərazidə istirahət parkı salınacaq.
Bu barədə Qazaxıstan Respublikası Prezidentinin mətbuat katibi Berik Uali məlumat verib.
O qeyd edib ki, göstəriş birbaşa Qazaxıstan Prezident Kasım-Jomart Tokayev tərəfindən verilib.
Qeyd edək ki, Qazaxıstanda yanvar ayında baş verən iğtişaşlar nəticəsində ölkə başçısının Almatı şəhərində yerləşən prezident iqamətgahı dağıdılıb və yandırılıb.
Mənbə: İnformburo.kz








