RU
Qazaxıstan qırğız deputatı həbs etdi - Nota göndərildi
16:45
500

Qazaxıstan qırğız deputatı həbs etdi - Nota göndərildi

Qazaxıstanda genişmiqyaslı xüsusi əməliyyat zamanı aralarında gömrük işçiləri, brokerlər, kriminal aləmin üzvləri və hüquq mühafizə orqanları əməkdaşları olmaqla 29 nəfər saxlanılıb.

7News.az qırğız KİV-nə istinadən xəbər verir ki, saxlanılanlar arasında Qırğızıstan parlamentinin deputatı Asılbek uulu Damirbek də olub. 

Xüsusi əməliyyat fevralın 15-16-da keçirilib. Məqsəd sərhəd ərazilərdə qaçaqmalla məşğul olan mütəşəkkil cinayətkar qrupun fəaliyyətinə son qoymaq olub. Alma-Ata məhkəməsi bütün saxlanılanlar haqda həbs qərarı çıxarıb. 

Faktla bağlı Qırğızıstan XİN-i Qazaxıstana nota göndərib. 

Deputatın hansı səbəblə saxlanıldığı açıqlanmır. Hazırda Qırğızıstan tərəfi baş vermiş hadisənin təfərrüatlarını araşdırır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ