RU
Qazaxıstan və Özbəkistan müttəfiqlik münasibətlərini gücləndirir
13:01
19

Qazaxıstan və Özbəkistan müttəfiqlik münasibətlərini gücləndirir


Rusiyanın Qərb dövlətlərini Mərkəzi Asiyadakı proseslərə müdaxiləsini artırdıqlarına görə tənqid etdiyi bir vaxtda Qazaxıstan və Özbəkistandan mühüm imza gəldi.

7NEWS.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım Jomert Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iki ölkənin Ali Dövlətlərarası Şurasının qəbul etdiyi "Qazaxıstan-Özbəkistan ikitərəfli əməkdaşlığının gələcək inkişafı haqqında qərarı” imzalayıblar. Qazaxıstan lideri Tokayev rəsmi səfər çərçivəsində paytaxt Astanaya gedən özbəkistanlı həmkarı Mirziyoyev ilə Akorda Prezident sarayında ikitərəfli görüş keçirib. Tokayev bildirib ki, səfər müttəfiq ölkələr arasında əlaqələrin daha da sürətlənməsi baxımından böyük əhəmiyyət kəsb edir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ