Qazaxıstanın Temirtau sənaye şəhərinə qara qar yağıb. Şəhər sakinləri bu barədə ölkənin ekologiya naziri Maqzum Mirzaqaliyevə şikayət ediblər. Nazir yoxlama təşkil edəcəyinə söz verib.
«Temiptau sakinləri yenə «qara qar» barədə xəbər verirlər. Ekologiya departamenti bu təbiət təzahurünü yoxlayacaq. Nəticələr ictimaiyyətin nəzərinə çatdırılacaq» - Mirzaqaliyev öz «Tvitter»ində yazıb.
2018-ci ildə şəhər sakinləri «qara qar»dan şikayətləniblər. Bu təzahür o zaman "ekoloji fəlakət” kimi xarakterizə olunub.
O vaxt günahkar da müəyyən edilib – "Arselor Mittal Temirtau” metallurgiya müəssisəsi. Müəssisə hindistanlı milyarder Lakşmi Mittala məxsusdur. O, planetin ən varlı adamlarından biridir. Şirkət avadanlıqların modernləşdiriləcəyini və ətrafa tullantıların miqdarını azaldacağına söz verib.









