RU
Qazaxıstanda 11 nəfər çayda batıb, 8-nin meyiti tapılıb
11:40
37

Qazaxıstanda 11 nəfər çayda batıb, 8-nin meyiti tapılıb

Qazaxıstanın Türküstan vilayətində Sırdərya çayında 11 nəfər batıb.

Bu barədə regionun Fövqəladə Vəziyyət Departamenti məlumat yayıb.

Bildirilib ki, batan 11 nəfərdən artıq 8-nin meyiti tapılıb. Meyitlərdən 6-sı dünən, 2-si isə bu gün aşkarlanıb. Digər 3 nəfərin axtarış-xilasetmə əməliyyatı davam edir.

İlkin versiyaya görə, boğulanların hamısı nəzərdə tutulmamış yerdə çimiblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ