7NEWS.az xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada yerli vaxtla saat 11.22-də 6,1 bal gücündə zəlzələnin baş verdiyi bildirilib. Bildirilib ki, episentri Almatı şəhərindən 31 kilometr cənubda olan zəlzələ yerin 10 kilometr dərinliyində qeydə alınıb. Zəlzələdən təşvişə düşən Almatı və ətraflarında yüzlərlə insan yaşadıqları binaları tərk edib. Almatıdakı təhsil müəssisələrində dərslər ləğv edilib.
7NEWS.az








