“Onların təqibinin əsas məqsədi açıq dialoq pəncərəsinin bağlanması idi”.
Qazaxıstanda Milli Mətbuat Klubunun prezidenti, Qazaxıstan Jurnalistlər İttifaqının rəhbəri Seytqazı Matayev və KazTAQ informasiya agentliyinin rəhbəri Aset Matayev saxlanılıb.
7News.Az “Novosti-Kazaxstan”a istinadən xəbər verir ki, bu barədə “Adil söz” Beynəlxalq söz azadlığının müdafiəsi fondu məlumat yayıb.
“Bu gün saat 9:30-da Milli Mətbuat Klubunun prezidenti Seytqazı Matayev və KazTAQ informasiya agentliyinin rəhbəri Aset Matayev saxlanılıb”, - məlumatda deyilir.
“İşin materiallarına görə, onların təqibinin əsas məqsədi, KazTAQ-ın dərc etdiyi materiallara dövlət nəzarəti üçün açıq dialoq pəncərəsinin bağlanması və Qazaxıstan Jurnalistlər İttifaqının ictimai fəallığının azalması olduğu ehtimal edilir”, - məlumatda deyilir.
Fondun məlumatına görə, Seytqazı Matayev rəsmi olaraq dövlət büdcəsində milyonluq mənimsəmədə və Alma-Atada Milli Mətbuat Klubunun qanunsuz rekonsturksiyasında ittiham edilir. Aset Matayev dövlət informasiya sifarişini yerinə yetirərkən milyonluq mənimsəmədə ittiham edilir.








