RU
Qazaxıstanda atışma gedir
17:51
1716

Qazaxıstanda atışma gedir

Qazaxımtanın Aktoba vilayətinin inzibati mərkəzi olan Aktoba şəhərinin bir neçə rayonunda atışma gedir.

7news.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın "Diapazon" nəşri məlumat yayıb.


Şahidlər qəzetə bildiriblər ki, atışma bu gün saat 13:00 radələrində başlayıb. Əvvəlcə soyğunçular Sputnik rayonunda silah mağazasını talan ediblər. 24-30 yaşlı kişilər hərbi hissədə hərbiçiləri girov götürüb eyni zamanda Aktoba şəhərində İleksk polis bölməsinə hücum çəkiblər. Atışma zamanı 2 nəfər xəsarət alıb. Polisin hücum çəkənlərdən bir neçə nəfəri saxladığı da bildirilir. Qəzet yazır ki, hazıra şəhərin Meqa və Siti-mərkəz bölgələrində böyük mağazalar, ticarət mərkəzləri, bazarlar bağlanır, əhali kütləvi evakuasiya edilir.

7news.Az



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ