RU
Qazaxıstanda azı 33 uşaq zəhərlənib
11:10
28

Qazaxıstanda azı 33 uşaq zəhərlənib

Qazaxıstanın Jambil vilayətində məktəb yeməkxanasında zəhərlənən azı 33 uşaq və 2 böyük xəstəxanaya yerləşdirilib.

Bu barədə regional səhiyyə idarəsi məlumat yayıb.

Qeyd olunub ki, rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin ümumi sayı 48 nəfərdir ki, onlardan 2-si böyük olmaqla 35 nəfər xəstəxanaya yerləşdirilib.

Xəstəxanaya daxil olanların əsas kontingentini 7-10 yaşlı uşaqlar (məktəblilər) təşkil edir. İlkin məlumatlara görə, müraciət edənlər məktəbin yeməkxanasında nahar ediblər və onlara kəskin qida zəhərlənməsi diaqnozu qoyulub.

Xəstəxanaya yerləşdirilənlərin isə vəziyyəti orta-stabildir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ