7NEWS.az xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada silahlı şəxs banka girib. Astana Polis İdarəsindən verilən açıqlamada silahlı şəxsin paytaxt Astananın mərkəzindəki banka girərək içəridəkiləri girov götürdüyü bildirilib. Polis bank ətrafında təhlükəsizlik tədbirləri görərək girovları xilas etmək üçün əməliyyata başlayıb. Qazaxıstanın daxili işlər naziri Marat Ahmetjanov əməliyyatın nəticələri ilə bağlı verdiyi açıqlamada polisin banka qarşı təşkil etdiyi əməliyyat zamanı təcavüzkarın polisə atəş açdığını və polisin səs bombasından istifadə etdiyini bildirib. Əməliyyatın uğurla keçdiyini deyən Əhmədcanov "Bankda 2 saatdan çox girovluqda olan 7 nəfərin hamısı sərbəst buraxılıb. Girov götürən şəxs saxlanılıb”, - deyə bildirilib.
7NEWS.az








