RU
Qazaxıstanda COVID-19-la bağlı vəziyyət pisləşdi: Karantin tətbiq olunacaq
14:00
199

Qazaxıstanda COVID-19-la bağlı vəziyyət pisləşdi: Karantin tətbiq olunacaq

Qazaxıstan hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün karantin tətbiqi planını təqdim edib.

Gazeta.ru-nun məlumatına görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Twitter” hesabında yazıb.

Plan iyulun 5-dən iki həftə müddətində karantin tətbiq olunmasını nəzərdə tutur. Lakin dövlət başçısı müddətin uzadılmasını istisna etməyib.

K.Tokayevin sözlərinə görə, bu barədə ölkənin Səhiyyə naziri iyulun 2-də qurumlararası komissiyanın iclasından sonra açıqlama verəcək.

Qeyd olunur ki, Qazaxıstanda sərt tədbirlərə qayıtmaq ehtiyacı məhdudiyyətləri aradan qaldırdıqdan sonra ölkədə koronavirusa yoluxma hallarının sayının yeddi dəfə artması ilə əlaqədardır.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ