Qazaxıstan Prezidenti Kasım Comert Tokayev nazirlərin təyinatı ilə bağlı fərman imzalayıb. Yeni hökumətdə 4 nazir dəyişdi.
Qazaxıstanda Oljas Bektenovun rəhbərlik etdiyi yeni hökumətin üzvləri bəlli olub.
7NEWS.az xəbər verir ki, yeni təyin olunmuş baş nazir Oljas Bektenovun rəhbərlik etdiyi 21 nazirlikdən ibarət Qazaxıstan hökumətində köhnə kabinetdəki nazirlərin əksəriyyəti öz yerlərini qoruyub, yalnız 4 nazirliyə yeni adlar təyin edilib. Bunlar milli iqtisadiyyat naziri Nurlan Baybazarov, maliyyə naziri Madi Takiyev, səhiyyə naziri Akmaral Alnazarova, fövqəladə hallar naziri Cengiz Arinov olub.
7NEWS.az








