RU
Qazaxıstanda iğtişaşlardan sonra 2,7 mindən çox cinayət işi açılıb
22:20
646

Qazaxıstanda iğtişaşlardan sonra 2,7 mindən çox cinayət işi açılıb

Qazaxıstan hüquq-mühafizə orqanları ölkədə baş vermiş iğtişaşlardan sonra 2700-dən çox cinayət işini araşdırır.

7NEWS.Az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun Birinci Xidmətinin rəis müavini Yeldos Qılımjanov bildirib.

"Fevralın 4-nə olan məlumata görə, istintaq-əməliyyat qrupları tərəfindən 2 750 cinayət işinə baxılır. Bu işlərdə şübhəli bilinən 802 nəfər barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib", - Qılımjanov bildirib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ