RU
Qazaxıstanda koronavirusa yoluxanların sayı 50 minə yaxınlaşır
14:50
256

Qazaxıstanda koronavirusa yoluxanların sayı 50 minə yaxınlaşır

Qazaxıstan ötən sutka ərzində yeni növ koronavirusa daha 1 406 nəfər yoluxub.7News.Az-ın "Kazinform"a istinadən verdiyi məlumata görə, yoluxma hallarının 814-ü simptomsuzdur.

Aktiv formada aşkarlnan yeni yoluxma halları Nur Sultan (95), Almatı (113), Çimkənd (84) şəhərlərində, Akmolinsk (32), Akyubinsk (32), Almatı (71), Atırau (325), Şərqi-Qazaxıstan (96), Jambıl (59), Qərbi-Qazaxıstan (103), Karaqanda (81), Kostanay (17), Qızılorda (40), Mnqistausk (124), Pavlodar (53), Şimali-Qazaxıstan (17), Türküstan (61) vilayətlərində qeydə alınıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 48 574 nəfər çatıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ