Qazaxıstanın "Azem” aerodromunda "Texnam 2002” təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
Bu barədə Qazaxıstan Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində təlimçi-pilot və kursant ölüb. Təyyarə Mülki Aviasiya Akademiyasına məxsus olub. Hava limanı Almatı şəhərindən 43 km aralı yerləşir.
Məlumata görə, hadisə "Texnam 2002” təlim-məşq tapşırığı uçuşunu icra edəndən sonra baş verib. Təyyarə aerodromdan 2 km aralıdakı əraziyə düşüb. /report
7news.Az








