RU
Qazaxıstanda yaşayış binasının uçması nəticəsində doqquz nəfər ölüb
13:00
308

Qazaxıstanda yaşayış binasının uçması nəticəsində doqquz nəfər ölüb

Qazaxıstanın Karaqanda vilayətində çoxmərtəbəli yaşayış binasının uçması nəticəsində doqquz nəfər ölüb.

Bu barədə Qazaxıstan DİN rəsmisi Ruslan İmankulov bildirib.

"Xilasedicilər dağıntılar altından üçü uşaq olmaqla, 9 nəfərin meyitini çıxarıb. Binanın uçması nəticəsində xəsarət alan daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib”, deyə R.İmankulov qeyd edib.

Onun sözlərinə görə, hazırda davam edən xilasetmə əməliyyatına 280 nəfər cəlb edilib.

İnsidentin səbəbləri araşdırılır./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ