7NEWS.az xəbər verir ki, Qazaxıstanın "KazTransOil" neft daşıyıcısı Qazaxıstanın Almaniyaya göndərdiyi neftin ilk partiyasının Rusiyanın "Transneft" şirkətinin boru kəməri sisteminə çatdırıldığını açıqlayıb.
Rusiya neftindən asılılığını azaltmaq istəyən Avropa ölkələri xammal tədarükü üçün Qazaxıstana müraciət etdilər. Bu çərçivədə Qazaxıstan 1 milyon 200 min ton Qazaxıstan neftinin Almaniyaya nəqli üçün Rusiyada yerləşən neft və qaz boru kəməri nəqli şirkəti Transneft-in boru kəmərlərinin bir illik rezervasiyası üçün müraciət edib. Rusiya Qazaxıstanın müraciətini təsdiqləyib.
7NEWS.az








