RU
Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi Bakıda qəzaya düşdü
14:40
329

Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi Bakıda qəzaya düşdü

Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi Bakıda qəza törədib.

Hadisə "Azneft” dairəsi yaxınlığında qeydə alınıb.

Qazaxıstanın Azərbaycandakı səfirliyinə məxsus, Kair Tezekbayevinidarə etdiyi "Mitsubishi” markalı avtomobil Lerik rayon sakini, Nahid Cabbarovun idarə etdiyi "Mercedes” markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Mitsubishi”ni idarə edən Kair Tezekbayev Qazaxıstanın Azərbaycandakı hərbi attaşesidir./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ