RU
Qazaxıstanın əhalisi 20 milyona çatıb
14:50
60

Qazaxıstanın əhalisi 20 milyona çatıb


7NEWS.az xəbər verir ki, Qazaxıstan Statistika İnstitutu noyabrın 14-də 20 milyonuncu Qazaxıstan vətəndaşının doğulduğunu açıqlayıb. Qurumun açıqlamasına görə, noyabrın 14-də saat 08.10 radələrində 3 oğlan və 2 qız olmaqla beş uşaq dünyaya gəlib və onlar Qazaxıstanın 20 milyonuncu vətəndaşı olublar.

Ərazisinə görə dünyanın 9-cu ölkəsi olan və Mərkəzi Asiyada yerləşdiyinə görə Çin və Rusiya kimi ölkələrlə ortaq sərhədi olan Qazaxıstan 30 ilə yaxındır ki, əhali probleminin həllinə yönəlmiş siyasət yürüdür.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ