Qazaxıstanda bir qadın ağlagəlməz fırıldağa əl ataraq, 70-ə yaxın həmyerlisini aldadıb.
7News.Az zakon.kz saytına istinadən xəbər verir ki, Astana sakini müvəqqəti icarəyə götürdüyü avtomobilləri Cənubi Koreyadan gətirdiyini iddia edərək, yerli sakinlərə satıb.
Məlumata görə, fırıldaqçı qadın təxminən 420 milyon tenge (təxminən 1 milyon 370 min manat) məbləğində dələduzluq edib.
Bildirilir ki, maşınları sərfəli qiymətə təklif edən qadın sakinləri asanlıqla aldada bilib.
Məhkəmənin hökmü ilə Astana sakini 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkənlərin mülki iddiaları təmin olunub.








