RU
`Qazprom`la danışıqlar aparmırıq - Rövnəq Abdullayev
11:13
780

`Qazprom`la danışıqlar aparmırıq - Rövnəq Abdullayev

SOCAR Rusiyanın "Qazprom" şirkəti ilə qaz alışı barədə danışıqlar aparmır.


Bu barədə jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. 

Onun sözlərinə görə, SOCAR artıq "Qazprom"a Rusiya qazının mümkün alışı ilə bağlı təkliflər göndərib, lakin hazırda bu barədə heç bir danışıqlar aparılmır:

"Bizə yataqlara vurulan texniki qaz lazım idi. Əgər biz dediyimiz şərtlərlə qaz satacaqlarsa, alacağıq. Əgər biz dediyimiz şərtlərlə satmasalar, almayacağıq. Ümumilikdə, bizim üçün qaz almaq o qədər də vacib deyil", - deyə R. Abdullayev qeyd edib.

 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ