RU
09:48
474

"Qəbələ" "Anderlext"ə uduzdu - Video

Avropa Liqasının qrup mərhələsində bu gün V turun oyunları keçirilir. 

7News.az xəbər verir ki, "Qəbələ” "Bakcell Arena”da "Anderlext”i sınağa çəkib. Roman Qriqorçukun komandası 1:3 hesabı ilə uduzub. Bu, təmsilçimizin cari mövsüm qitə kuboklarındakı son ev oyunu olub. 

Qeyd edək ki, "Qəbələ" Avroliqada son görüşünü səfərdə "Maynts"a qarşı keçirəcək.



Avropa Liqası

V tur

24 noyabr 

"Qəbələ" (Azərbaycan) - "Anderlext" (Belçika) - 1:3 
Qollar:
 Tielemans, 11 (0:1), Rikardinyo, 15 (1:1), Bruno, 90 (1:2), Teodorşuk, 90+4 (1:3)
Qırmızı vərəqə: Rəşad Eyibov, 89 ("Qəbələ", ikinci sarı vərəqə)
Reallaşdırılmayan penalti: Rikardinyo, 75 ("Qəbələ")
Baş hakim: Levgeni Aranovskyi
Köməkçi hakimlər: Sergey Bekker, Oleksandr Voytyuk
Bakı. "Bakcell Arena" stadionu

 


 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ