RU
“Qəbələ” “Anderlext”lə bacarmadı
22:26
728

“Qəbələ” “Anderlext”lə bacarmadı

UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçirilib.

7news.Az xəbər verir ki, "C” qrupunda yer alan Azərbaycanın "Qəbələ” klubu Belçikanın "Anderlext” komandasını qəbul edib.

"Bakcell Arena”da keçirilən qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Hesabı 10-cu dəqiqədə Yuri Tilemans açıb. 15-ci dəqiqədə Rikardinyo penalti zərbəsindən hesabı bərabərləşdirib. Braziliyalı futbolçu 75-ci dəqiqədə dubla imza ata bilərdi, lakin o ikinci 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib. 


Bunun əvəzində isə Anderlext oyunun sonlarında iki qol vuraraq qələbə qazanıb. 89-cu dəqiqədə Rəşad Eyyubovun qırmızı vərəqə ilə cəzalandırılıb. Bundan dərhal sonra Massimo Bruno belçikalıları hesabda irəli çıxarıb. Hakimin əlavə etdiyi dəqiqələrdə isə Lukaş Teodorçik "Anderlext”in üstünlüyün iki topa çatdırıb.

Qeyd edək ki, bu "Qəbələ”nin Avropa Liqasında ardıcıl beşinci məğlubiyyətidir. Aktivində xal olmayan Roman Qriqorçukun yetirmələri qrup sonuncusudur. 

"C” qrupuna 11 xalla "Anderlext” başçılıq edir. "Sent Etyen” komandasının 8, "Maynts”ın isə beş xalı var.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ