RU
“Qəbələ” Avroliqanın bir addımlığında
11:59
774

“Qəbələ” Avroliqanın bir addımlığında

Futbol üzrə Avropa Liqasında play-off mərhələsinin ilk oyunları keçirilib.

7News.Az xəbər verir ki, Azərbaycanın “Qəbələ” klubu “Dalğa Arena” stadionunda Sloveniyanın “Maribor” komandasını qəbul edib.

Qarşılaşma Roman Qriqorçukun yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

17-ci dəqiqədə Tavares qonaqları hesabda irəli çıxarıb. 

“Qəbələ”nin heyətində Sergey Zenyov 37-ci dəqiqədə oyunda tarazlıq yaradıb. 

İkinci hissədə isə Baqali Dabo iki dəqiqəyə (50 və 52-ci dəqiqələrdə) iki qol vuraraq Azərbaycan klubuna qələbə qazandırıb. 

Bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra, avqustun 25-də, keçirələcək. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ