RU
10:27
1521

"Qəbələ" çətin sınaq qarşısında

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

7News.Az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən “Qəbələ” növbəti oyununa çıxacaq.

“Qəbələ” ev oyununda səfərdə 1:1 hesablı bərabərə qaldığı Fransanın “Lill” komandasını qəbul edəcək. “Qəbələ”nin mərhələni keçməsi üçün qolsuz bərabərlik də fikayət edir. “Qəbələ” bu mərhələni keçəcəyi təqdirdə ardıcıl olaraq üçüncü dəfə Avroliqanın pley-off mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, “Qəbələ”- “Lill” qarşılaşması saat 21:00-da 8-ci kilometr qəsəbə stadionunda başlayacaq. Oyunu Rusiyadan olan hakimlər briqadası idarə edəcək. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ