Bu gün Azərbaycan Premyer Liqasında III turdan təxirə salınmış bir oyun keçirilib.
7news.Az xəbər verir ki, "Qəbələ” doğma meydanda "Sumqayıt”ı qəbul edib.
Matç Roman Qriqorçukun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Baqali Dabo dubla imza atıb (85 və 90-cı dəq.)
Bu nəticədən sonra, "Qəbələ” xallarının sayını 13-ə çatdıraraq birinci pilləyə yüksəlib. "Qarabağ” 12 xalla ikinci, "İnter” isə 11 xalla üçüncü yerdə qərarlaşıb.
Turnir cədvəli:
|
№ |
Komanda |
Xal |
Oyun |
|
1. |
Qəbələ |
13 |
5 |
|
2. |
Qarabağ |
12 |
5 |
|
3. |
İnter |
11 |
5 |
|
4. |
Kəpəz |
6 |
5 |
|
5. |
Zirə |
6 |
5 |
|
6. |
Sumqayıt |
4 |
5 |
|
7. |
Neftçi |
3 |
5 |
|
8. |
AZAL |
1 |
5 |








