RU
“Qəbələ” qrup mərhələsini xalsız başa vurdu
10:05
540

“Qəbələ” qrup mərhələsini xalsız başa vurdu

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib.

7News.Az xəbər verir ki, Azərbaycanın "Qəbələ” klubu səfərdə Almaniyanın "Maynts” komandasına 2:0 hesabı ilə məğlub olub.

"Maynts”ın heyətində Aleksandr Hek və Pablo De Blasis müvafiq olaraq 29 və 40-cı dəqiqələrdə fərqləniblər. 

Bununla da, Roman Qriqorçukun yetirmələri qrup mərhələrisini xalsız baş vurublar.

Bu qrupun digər qarşılaşmasında Belçikanın "Anderlext” klubu doğma meydanda Fransanın "Sent Etyen” komandasına 2:3 hesabı ilə uduzub. 

C qrupundan play-off mərhələsinə "Sent-Etyen” və "Anderlext” komandaları vəsiqə qazanıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ