RU
Qəbələ rayon icra hakimiyyəti başçısının müavini  Arif Allahverdiyevin oğlanlarının
02:55
22083

Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin oğlanlarının

Son vaxtlar ayrı-ayrı məmurların övladlarının dəbdəbəli həyat tərzi ilə bağlı məlumatlar intensiv xarakter alıb.

 
Artıq bu sırada regional məmurlar da "seçilməyə” başlayıb. Bu dəfə cumhuriyyet.az-ın elektron poçtuna Qəbələ rayon icra hakimiyyəti başçısının müavini  Arif Allahverdiyevin oğlanları və bu ailəyə məxsus bahalı avtomobillərin fotosu göndərilib.
 
Rayondakı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə icra başçısının müavini A.Allahverdiyevin adı 2011-ci ildə rayonda çəkilən yolla bağlı korrupsiyada, Qəbələ RLS-in hərbi şəhərciyindəki evlərin satışında hallanıb. Eyni zamanda cumhuriyyet.az-ın elektron poçtuna icra başçısının müavininin rayonda olan "Sahil” adlı böyük restoranından da yazıblar. Onların dediyinə görə, Arif Allahverdiyevin qardaşının işlətdiyi bu restorandakı qiymətlər "Yeddi ulduz”lu otellərdəki qiymətlərlə müqayisə oluna bilər:” Burada bir çaynik çayın qiyməti on manatdır. Başqa xidmətlərə isə heç yaxın düşmək də mümkün deyil. Ümumiyyətlə isə belə nəhəng bir objektdən heç vergi də alınmır.”
 
Qlobal.az
 
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ