RU
Qəbələ sakini ağacın altında qalaraq ölüb
12:48
1133

Qəbələ sakini ağacın altında qalaraq ölüb

Qəbələ sakini bədbəxt hadisə nəticəsində ölüb.

7News.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 19-da Qəbələ rayonunun Soquca kəndində qeydə alınıb. Kənd sakini Araz Aslanlının kəsdiyi ağac başına düşüb. Xəstəxanaya yerləşdirilən A.Aslanlı orada dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ