RU
Qəbələ sakinindən silah götürüldü
12:56
236

Qəbələ sakinindən silah götürüldü

Qəbələ sakinindən odlu silah götürülüb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aydınqışlaq kənd sakini E.Yahyayevdən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "BUM” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ