RU
“Qəbələ” və “İnter” qələbə qazandılar
00:38
754

“Qəbələ” və “İnter” qələbə qazandılar

Premyer Liqanın 6-cı turuna start verilib.

Topaz Premyer Liqasının 6-cı turunun 2 oyunu keçirilib.

 “İnter” doğma meydanda “Kəpəz”i qəbul edib və minimal hesabla qələbə qazanıb - 1:0. Yeganə qolu oyunun 53-cü dəqiqəsində Diyeqo Martins vurub.

“Qəbələ” isə səfərdə Rəvanın qapısından 3 cavabqız top keçirib. Hesabı 37-ci dəqiqədə Dodo açıb, 57-də Samir Zərgərov “Qəbələ”nin üstünlüyünü 2 topa çatdırıb.

Oyunda son nöqtəni isə 78-ci dəqiqədə Aleksey Qay qoyub.

 

 

Turnir cədvəlində vəziyyət:

1. “İnter” - 13 (6 matç)
2. “Qarabağ” - 13 xal (5)
3. “Qəbələ” - 13 (6)
4. “Zirə”- 9 (5)
5. “Neftçi”- 8 (5)
6. “Xəzər-Lənkəran”- 6 (5)
7. “Kəpəz” - 5 (6)
8. “Sumqayıt” - 3 (5)
9. “Rəvan” - 2 (6)
10. AZAL - 0 (5)

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ