RU
Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib -FOTO
23:30
2440

Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib -FOTO

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 7NEWS.Az-a verilən məlumata görə, rayonun Mıxlıqovaq kəndi və Nic qəsəbəsində yerləşən fərdi evlərin həyətyanı sahələrində təşkil edilən toy məclislərində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanan qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Roman Eyyubov və Nəvai Əliyev inzibati məsuliyyətə cəlb olunaraq hər biri 400 manat məbləğində cərimələnib.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ