Qəbələ rayonunda meyiti aşkar olunan kişinin tüfənglə özünü öldürdüyü məlum olub
57 yaşlı Murad Əzizov Dəmiraparan çayının sahilində tüfəngdən atəş açaraq intihar edib.
Qeyd edək ki, bu gün səhər saatlarında Tüntül kənd sakini 1965-ci il təvəllüdlü Murad Namət oğlu Əzizovun meyiti yol kənarında aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
09:30
Qəbələ rayonunda kişi meyiti aşkar olunub.
Hadisə rayonun Tüntül kəndində baş verib.
Belə ki, kənd sakini 1965-ci il təvəllüdlü Murad Namət oğlu Əzizovun meyiti yol kənarında aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır./report
7NEWS.Az








