Qəbələ şəhərində avtomobil qəzasında ölən şəxsin kimliyi müəyyənləşib.
7News.Az xəbər verir ki, Teymur Mustafayev "Qəbələ” klubuna məxsus Akademiyanın məşqçilərindən olub. Bu barədə məlumatı saytımıza adıçəkilən klubun Akedemiyasında direktor müavini işləyən Nail Kərimov məlumat verib.

08:48
Qəbələ şəhərində "Toyota” markalı avtomobil ağaca çırpılıb.
FHN-dən 7News.Az-a verilən xəbərə görə, müvafiq xilasetmə qüvvələri avtomobildə sıxışıb qalan sərnişin, 1974-cü il təvəllüdlü Mustafayev Teymur Siracəddin oğlunun meyitini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








