Qəbələnin Bunud kəndi yaxınlığındakı "Sərin" zooparkında qəfəsdən meymun qaçıb. Bir neçə gündür ki, ərazidə meymun axtarışı aparılır.
7News.Az Modern.az-a istinadən xəbər verir ki, meymunu kəndin Qobu ərazisində görənlər olub. Lakin ağacdan ağaca tullanaraq onu tutmaq istəyənlərin əlindən xilas olub.
Sakinlər meymunu tutub, vəd olunmuş məbləği -mükafatı qazanmaq istəyirlər. Meymunun qəfəsdən qaçdığı ilk günlər göydə vertalyotlar da fırlanıb. Onların da meymun axtarışına çıxdığı güman edilir.
Amma meymun hələ tapılmayıb.
7News.Az








