RU
Qəbələdə “Multikulturalizm diyarı Azərbaycan” layihəsinin icrasına başlanılmışdır
10:05
842

Qəbələdə “Multikulturalizm diyarı Azərbaycan” layihəsinin icrasına başlanılmışdır

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Azərbaycanda və xarici ölkələrdə “Azərbaycan Multikulturalizmi” xüsusilə gənclər arasında təbliğ olunur, bu sahə üzrə bir çox layihələr həyata keçirilir. Bu layihələrdən biri də, Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Multikulturalizm diyarı Azərbaycan” layihəsidir.

“Uğurlu Gələcək” İctimai Birliyinin təşkilatçısı olduğu bu layihə çərçivəsində Qəbələ rayonunda bir sıra seminar-treninqlərin keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirdə həmçinin Multikulturalizm mövzusunu özündə əks etdirən rəsm işlərindən sərgi nümayiş olunacaq.

Layihənin məqsədi Azərbaycanda Multikulturalizmin artıq dövlət siyasətinə çevrilməsini və həyat tərzinin olduğunu birdaha göstərməkdir. Təsadüfi deyil ki, Azərbaycan son illərdə beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edir, və dialoq mərkəzinə çevrilməkdədir. Ölkəmizdəki sabitliyin, dini dözümlülüyün, burada yaşayan millətlər arasında qarşılıqlı münasibətlərin yüksək səviyyəsi Azərbaycana gələn bütün qonaqları valeh edir.

Dövlətimizin başçısının VI Bakı Beynəlxalq Humanitar Forumunda qeyd etdiyi kimi “Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ