Gürcüstan yığmasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyunu üçün heyəti açıqlanıb.
7News.az xəbər verir ki, heyətdə Azərbaycan Premyer Liqasında çıxış edən bir futbolçu da var.
Bu, "Qəbələ"nin yarımmüdafiəçisi Nika Kvekveskiridir. Yay fasiləsində "İnter"i "Qəbələ"yə dəyişən 24 yaşlı futbolçunun parlaq çıxışı Gürcüstan millisinin baş məşqçisi Vladimir Vayssın da diqqətindən qaçmayıb. Təcrübəli mütəxəsss 28 nəfərlik siyahıya Nikanın da adını salıb.
Qeyd edək ki, avqustun 29-da toplaşacaq Gürcüstan millisi DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu sentyabrın 5-də Avstriyaya qarşı keçirəcək./apasport
7News.az








