Sonuncu dəfə ötən mövsümün 34-cü turunun mayın 11-də keçirilən "Qarabağ”a qarşı matçın (0:2) 32-ci dəqiqəsində Dani Kintananın qoluna məyus olan Bezotosnı , ardıcıl 9 quru oyun keçirib. Ötən mövsümün son 2 və cari mövsümün ilk 7 oyununda qapısında qol görməyən legioner 8-ci turun "İnter”lə görüşündə seriyasının qırılmasına üzülüb. Matçın 47 dəqiqəsini qapısını toxunulmaz saxlamaqla seriyanı 915-ə çatdıran qolkiper Ağabala Ramazanovun 48-ci dəqiqədəki zərbəsi qarşısında aciz qalıb.
Azərbaycan çempionatlarının 7-cisi olan Bezotosnı "Qəbələ”nin rekordçusu Pavel Doroşevdən 37 dəqiqə geri qalmaqla, klubun 2-ci göstəricisinə imza atıb. Ukraynalı Nizami Sadıqova məxsus rekordun 191 dəqiqəliyində dayanıb.
Azərbaycan çempionatlarının 10 ən uzun quru seriyası
1. Nizami Sadıqov ("Turan”) – 1106 dəqiqə
2. Xalidu Sissoko (Seneqal, "Bakı”) – 985 dəqiqə
3. Xalidu Sissoko (Seneqal, "Bakı”) – 971 dəqiqə
4. Camaləddin Əliyev ("Qarabağ”) – 958 dəqiqə
5. Pavel Doroşev (Latviya, "Qəbələ”) – 952 dəqiqə
6. Elxan Həsənov ("Neftçi”) – 943 dəqiqə
7. Dmitri Bezotosnı (Ukrayna, "Qəbələ”) - 915 dəqiqə
8. Boyan Pavloviç ("Qarabağ”) – 828 dəqiqə
9. Dmitri Kramarenko ("Karvan”) – 798 dəqiqə
10. Dmitri Kramarenko ("Neftçi”) – 772 dəqiqə
7News.az








