RU
Qəbul imtahanlarının nəticələrinin elan olunacağı vaxt məlum oldu
17:20
547

Qəbul imtahanlarının nəticələrinin elan olunacağı vaxt məlum oldu

Dövlət İmtahan Mərkəzi tərəfindən 14 iyulda keçirilən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələrinin elan olunacağı vaxt açıqlanıb.

DİM-dən 7News.Az-a verilən məlumata görə, iyulun 15-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ