Dövlət İmtahan Mərkəzi (DİM) "Ali təhsil haqqında" qanun layihəsində ali məktəblərə qəbul zamanı vahid qiymətləndirmə sisteminin (buraxılış və qəbul imtahanlarının birləşdirilməsi) yaradılmasının nəzərdə tutulmasına münasibət bildirib.
7News.Az APA-ya istinadən bildirir ki, ali təhsil müəssisələrinə qəbul qaydalarında 2019-cu ildə edilən dəyişikliklərə əsasən, onsuz da buraxılış imtahanlarının nəticələri həm kolleclər, həm də ali məktəblərə qəbulda nəzərə alınır.
DİM nəzərə çatdırıb ki, abituriyentlər ümumilikdə toplanıla bilən 700 balın 300 balını buraxılış imtahanlarında əldə edə bilərlər:
"Qəbul imtahanlarının ikinci mərhələsi isə bizə daha bilikli və hazırlıqlı abituriyentləri bir-birindən fərqləndirməyə imkan verir".
Qeyd edək ki, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev "Ali təhsil haqqında" qanun layihəsində ali məktəblərə qəbul zamanı vahid qiymətləndirmə sisteminin (buraxılış və qəbul imtahanlarının birləşdirilməsi) yaradılmasının nəzərdə tutulduğunu bildirib.








