RU
Qəfil hücum:
00:20
1319

Qəfil hücum:

Suriyanın Latakiya bölgəsində müxalif qruplaşmalar rus və suriyalı hərbçilərin toplantısına qəfil hücum edərək, 8-i general olmaqla, 15 hərbçini öldürüb.

Bölgədəki əməliyyatları müzakirə etmək üçün Duveyrik və Səlma qəsəbələri arasında toplantı keçirən rus və suriyalı hərbçilər bir anda müxaliflərin hücumuna məruz qalıb.

Nəticədə 4-ü rus, 4-ü isə suriyalı general olmaqla, 15 hərbçi öldürülüb.

Öldürülən rus hərbçilərdən birinin Suriyadakı əməliyyatları koordinasiya edən Yuri adlı general-leytenant olduğu iddia edilib. Digər 3 rus hərbçi isə general-mayor olub.

Öldürülən suriyalı generalların adlarının isə Amid Munzur, Əli Cabir, Əli Umran və Adnan olduğu bildirilir./axar

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ