RU
12:09
556

"Qəlbim ermənilərlədir" - Rusiya XİN-nin sözçüsü

Rusiyanın Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin rəhbəri Mariya Zaxarova dünən qondarma "erməni soyqırımı" münasibətilə Facebook-dakı profilində ermənilərə dəstək verib.

7News.az bildirir ki, o yazıb: "Kimsə "soyqırım" sözünü tanımır, kimsə qurbanların sayını şübhə altına alır, "olub-olmayıb" müzakirələri aparır. Rusiyanın Dövlət Duması hələ 1995-ci ildə "Erməni xalqının tarixi vətənində - Qərbi Ermənistanda 1915-1922-ci illərdə soyqırımının pislənməsi haqqında" qərar qəbul edib. BMT-nin Nyu-Yorkdakı binasından bir neçə dəqiqəlik məsafədə erməni kilsəsi var. Oraya girdim. Bu gün harada olmağımızdan asılı olmayaraq qəlbim erməni xalqı ilədir".

7News.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ