Bir müddət öncə taxta hasara alınan ölkəmizin ən görkəmli bəstəkarlarından biri Qəmbər Hüseyinlinin məzarüstü büstünün ətrafından hasarlar götürülüb. 7NEWS.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, abidənin ətrafı və yaxınlığı xüsusi işıqlandırma sistemləri ilə işıqlandırılıb.Ərazidə həmçinin təmir-bərpa işləri aparılıb. Məlumat üçün bildirək ki,bir müddət əvvəl bəstəkarın qəbrüstü abidəsi yerləşən şəhərin mərkəzindəki ərazi taxta hasara alınmışdı.








