RU
Qəndəharda partlayış nəticəsində BƏƏ-nin səfiri yaralanıb
23:06
267

Qəndəharda partlayış nəticəsində BƏƏ-nin səfiri yaralanıb

Əfqanıstanda son sutka ərzində ikinci terror aktı törədilib.

Qəndəhar əyalətində baş verən partlayış nəticəsində BƏƏ-nin bu ölkədəki səfiri yaralanıb.

Terror aktı əyalətin qubernatoru Hamayun Əzizinin qonaq evində BƏƏ səfiri ilə görüş zamanı baş verib. 

Bildirilir ki, hər iki siyasətçi yaralanıb. 

Məlumata görə, terror aktı nəticəsində 4 ərəb cangüdən daxil olmaqla 9 nəfər ölüb, 16 nəfər yaralanıb. /oxu.az 

7news.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ