RU
Qənirə Paşayeva Autuzmlə bağlı qanunun qəbuluna çağırıb
20:52
1008

Qənirə Paşayeva Autuzmlə bağlı qanunun qəbuluna çağırıb

Millət vəkili Q.Paşayeva MM-də Aprel ayının Autuzmli xəstələrlə bağlı ay elan olunduğunu ,onlarla bağlı qanunun qəbuluna və Mərkəzin yaradılmasına çağırıb. Millət vəkili Qənirə Paşayeva Parlamentdə autizmli xəstələrin problemlərini qaldırıb və bu sahədə təcili qanun və dövlət proqramının qəbul olunmasına, bu uşaqların təhsil, təlim və reablitasiyası üçün xüsusi Mərkəzin yaradılmasına çağırıb.Aprelin dünyada autizmli xəstələrdə bağlı ay elan olunduğunu deyən millət vəkili Qənirə Paşayeva Ombusmanın ilk hesabatının müzakirəsi zamanı İnsan Haqları üzrə Müvəkkilin də bu təkiflə çıxış etdiyini deyərək övladları autizm sindromunda əziyyət çəkən ailələrin Milli Məclis və Hökumətdən bunu gözlədiyini deyib. Autizmlə bağlı məlumat verən millət vəkili Qənirə Paşayeva autizmli uşaqlar, insanlarla məşğul olan təşkilatların millət vəkillərinə müraciət göndərdiyini qeyd edərək, Parlamentin bu ailələrə dəstək istiqamətində addımlar atacağına inandığını deyib. Autizmli uşaqlara zamanında yardım göstərməklə onların həyatını, gələcəyini çox hallarda xilas etməyin mümkün olduğunu deyən millət vəkili Qənirə Paşayeva müalicələrin bahalı olması, bu sahədəki mütəxəssislərin azlığı, əhali arasında bu istiqamətdə maarifləndirilmənin zəifliyi ailələri xəstəliklə mübarizədə çətin vəziyyətdə qoyur deyib. Ona görə də qanunvericilikdə bu məsələnin öz həllini tapması ilə bərabər autizmli uşaqların təhsil, təlim və reablitasiyası üçün xüsusi Mərkəzin yaradılmasına ciddi ehtiyac olduğunu deyb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ