“Suriyada yaşananların insanlıqdan kənardır”.
Millət vəkili Qənirə Paşayeva maaşını Suriya türkmənlərinə bağışlayıb.
7news.az-ın “Haberler”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə mətbuatına açıqlama verən Q. Paşayeva hər kəsi imkanları daxilində Bayırbucaq türkmənlərinə yardım etməyə çağırıb.
"Suriyada yaşananlar insanlıqdan kənardır", - deyə millət vəkili vurğulayıb.
Xatırladaq ki, millət vəkili bir müddət öncə maaşını İraq türkmənlərinə də bağışlamışdı.
7news.az








